"Başakşehir" 1/16 final mərhələyə yüksəldi - VİDEO

Başakşehir 1/16 final mərhələyə yüksəldi - VİDEO
Video
İdman 874

UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

BAKU.WS xəbər verir ki, VI turun son 12 matçında növbəti mərhələyə adlayan klubların adları dəqiqləşib.

1/16 finala İspaniyanın "Sevilya", "Espanyol" və "Xetafe", İngiltərənin "Mançester Yunayted", "Arsenal" və "Vulverhempton", Portuqaliyanın "Portu", "Braqa" və "Sportinq", Almaniyanın "Ayntraxt" və "Volfsburq", Şotlandiyanın "Reyncers" və "Seltik", İtaliyanın "Roma", Hollandiyanın "AZ", Türkiyənin "Başakşehir", Belçikanın "Gent", Avstriyanın "LASK", Bolqarıstanın "Lüdoqorets", Rumıniyanın "ÇFR", Kiprin "APOEL", Danimarkanın "Kopenhagen", İsveçin "Malmö", İsveçrənin "Bazel" komandaları yüksəlib.

G qrupu

"Reyncers" (Şotlandiya) - "Yanq Boyz" (İsveçrə) - 1:1

"Portu" (Portuqaliya) - "Feyenoord" (Hollandiya) - 3:2

Xal durumu: "Portu" - 10, "Reyncers" - 9, "Yanq Boyz" - 8, "Feyenoord" - 5.

H qrupu

"Espanyol" (İspaniya) - MOİK (Moskva, Rusiya) - 0:1

"Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) - 1:1

I qrupu

"Volfsburq" (Almaniya) - "Sent-Etyen" (Fransa) - 1:0

"Gent" (Belçika) - "Aleksandriya" (Ukrayna) - 2:1

J qrupu

"Borussiya" (Mönxenqladbax, Almaniya) - "Başakşehir" (Türkiyə) - 1:2

"Roma" (İtaliya) - "Volfsberq" (Avstriya) - 2:2

K qrupu

"Vulverhempton" (İngiltərə) - "Beşiktaş" (Türkiyə) - 4:0

"Slovan" (Bratislava, Slovakiya) - "Braqa" (Portuqaliya) - 2:4

L qrupu

"Mançester Yunayted" (İngiltərə) - AZ (Hollandiya) - 4:0

"Partizan" (Serbiya) - "Astana" (Qazaxıstan) - 4:1

Oxşar xəbərlər

Son xəbərlər