Baş məşqçi Samir Abbasovun bu müsahibəsi tənqidlərə məruz qaldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “Sumqayıt” və “Şamaxı” klublarının qarşıdurmasından sonra baş məşqçi Samir Abbasovun cbc sport-a açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
BAKU.WS xəbər verir ki, müsahibə zamanı S.Abbasovun qəribə hərəkətləri diqqət çəkib.
O, həm də sonda jurnalistin təşəkkür edib, uğurlar arzulamasına da məhəl qoymadan uzaqlaşıb. Həmin anlar futbolsevərlər tərəfindən tənqidlərə məruz qalıb.
Qeyd edək ki, ötən gün baş tutan oyunda “Sumqayıt” “Şamaxı”nı 1-0 hesabıyla məğlub edib. Oyunda yeganə qolu Karim Abubakar vurub.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...