Baş məşqçi atasının ölümünə görə millinin düşərgəsini tərk etdi

Baş məşqçi atasının ölümünə görə millinin düşərgəsini tərk etdi
İdman 79

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşama ağır itki üz verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssisin atası dünyasını dəyişib. Bu səbəbdən Deşam UEFA Millətlər Liqasının iyunda keçiriləcək oyunlarına hazırlaşan komandanın düşərgəsini tərk edib.

Hazırda yığmaya müvəqqəti olaraq, onun köməkçisi Gi Stefan başçılıq edir.

Qeyd edək ki, Fransa millisi A Liqasında Danimarka, Xorvatiya və Avstriya seçmələri ilə eyni qrupda yer alıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər