"Barselona"nın futbolçusu "Real"ın stadionunda alqışlarla qarşılandı

Barselonanın futbolçusu Realın stadionunda alqışlarla qarşılandı
İdman 2

"Barselona"nın 17 yaşlı cinah futbolçusu Lamin Yamal "Real Madrid"in "Santyaqo Bernabeu" stadionunda keçirilən İspaniya - Braziliya yoldaşlıq oyununda (3:3) əvəzləndikdən sonra alqışlarla qarşılanıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

İspaniyalı gənc cinah oyunçusu İspaniya yığmasının start heyətində meydana daxil olub və hər üç qol vəziyyətində iştirak edib.

Bundan sonra tribunalardakı azarkeşlər ikinci hissənin əsas vaxtında əvəzetmə zamanı futbolçunu alqışlayıblar.

Qeyd edək ki, bu mövsüm ispaniyalı "Barselona"nın heyətində bütün turnirlərdə 39 oyun keçirib. Bu görüşlərdə 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının məlumatına görə, Yamalın transfer dəyəri 75 milyon avrodur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər