"Barselona" səfərdə çətin qələbə qazandı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun ilk oyunları keçirilib.
Gecənin ən dramatik qarşılaşmalarından biri Madriddə yerli "Atletiko" və Almaniyanın "Bayer 04" komandaları arasında baş tutub.
Oyunun baş hakimi ikisi qırmızı olmaqla yeddi vərəqə göstərib. Ev sahibləri matçda 0:1 hesabı ilə uduzmaqlarına baxmayaraq, geridönüş etməyi bacarıblar - 2:1.
Digər matçda İspaniyanın "Barselona" komandası 3:1 hesabı ilə geridə olmağına rəğmən, əlavə dəqiqələrdə vurulan qol hesabına Portuqaliyanın "Benfika" komandasına qalib gəlməyi bacarıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
VII tur
21 yanvar
21:45. "Atalanta" (İtaliya) - "Şturm" (Avstriya) - 5:0
21:45. "Monako" (Fransa) - "Aston Villa" (İngiltərə) - 1:0
22 yanvar
00:00. "Slovan" (Slovakiya) - "Ştutqart" (Almaniya) - 1:3
00:00. "Brügge" (Belçika) - "Yuventus" (İtaliya) - 0:0
00:00. "Atletiko" (İspaniya) - "Bayer 04" (Almaniya) - 2:1
00:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 4:5
00:00. "Liverpul" (İngiltərə) - "Lill" (Fransa) - 2:1
00:00. "Bolonya" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1
00:00. "Srvena Zvezda" (Serbiya) - PSV (Niderland) - 2:3
Qeyd edək ki, turun qalan görüşləri bu gün keçiriləcək.
Oxşar xəbərlər
"Şamaxı" Azərbaycanın U-21 millisinə qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib. BAKU.WS report-a istinadən xəbə...