"Barselona" "Real Madrid"i məğlub edib La Liqa çempionu oldu
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya La Liqasında çempionun adına aydınlıq gəlib. "Barselona" XXXV tur çərçivəsində əzəli rəqibi "Real Madrid" üzərində vacib qələbə qazanaraq mövsümün sonuna üç tur qalmış çempionluğu rəsmiləşdirib.
BAKU.WS xəbər verir ki, "Kamp Nou"da keçirilən qarşılaşma Kataloniya təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Oyunda hesabı 9-cu dəqiqədə Markus Reşford açıb.
Ferran Torres isə 18-ci dəqiqədə fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.
Bu nəticədən sonra xallarının sayını 91-ə çatdıran "Barselona" ən yaxın izləyicisi "Real Madrid"i 14 xal qabaqlayıb və vaxtından əvvəl qızıl medalları təmin edib.
Bununla da Kataloniya klubu tarixində 29-cu dəfə İspaniya çempionu adına sahib çıxıb. Turnirin ən titullu komandası isə 36 çempionluqla "Real Madrid" olaraq qalır.
Qeyd edək ki, görüşdən əvvəl "Barselona"nın baş məşqçisi Hansi Flikin mayın 10-da vəfat edən atasının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...