"Barselona"nın prezidenti Erlinq Haalandı transfer etmək niyyətindədir
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona" klubu "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland ilə müqavilə imzalamağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Bildirilib ki, "Barselona"nın prezidenti Joan Laporta klubda işlədiyi müddətdə ən azı bir dəfə daha səs-küylü transfer etmək istəyir. O, 2025 və ya 2026-cı ildə Haaland ilə müqavilə imzalamaq niyyətindədir.
Haaland 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Hazırda hücumçunun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.
Bu mövsüm Haaland bütün turnirlərdə 10 matçda iştirak edib və 11 qol vurub.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...