"Barselona"nın futbolçusu Çempionlar Liqası matçlarına görə məktəbə gedə bilmir

Barselonanın futbolçusu Çempionlar Liqası matçlarına görə məktəbə gedə bilmir
İdman 138

"Barselona"nın 17 yaşlı müdafiəçisi Pau Kubarsi Çempionlar Liqası matçlarına görə məktəbə gedə bilmir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, səhər məşqindən sonra məktəbə getdiyini bildirib.

Pau Kubarsinin sözlərinə görə, futbolçu bəzən Çempionlar Liqası matçlarına görə dərsdən yayınmalı olur - sonra sinif yoldaşlarından qeydlər istəyir:

"Mən orta məktəbin ikinci kurs tələbəsiyəm. Səhər Barselona ilə məşq edirəm, sonra məktəbə gedirəm və saat 15:00-dan 20:00-a kimi orada oluram. Çempionlar Liqası oyunu olsa və ya komanda ilə səfər oyununa getməli olsam, dərsdən yayınmalıyam. Sonra sinif yoldaşlarımdan çatışmayan materialın qeydlərini xahiş edirəm", - Pau Kubarsi deyib.

Son xəbərlər