"Barselona" müflis ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın "Barselona" klubu maliyyə böhranı ilə üzləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, futbolçular maaşlarının azaldılması təklifi ilə razılaşmayacağı təqdirdə, Kataloniya təmsilçisi müflis ola bilər.
Koronavirus pandemiyasınadək illik gəliri 940 milyon funt sterlinq olan La Liqa klubunda hazırda bu rəqəm 746 milyon funt-sterlinqdir. Vəziyyətdən çıxış yolu axtaran rəhbərlik məvacib məsələsində oyunçularla ortaq məxrəcə gəlməyə çalışır.
Dünyada ən çox işçisi olan "Barselona" futbolçularından ümumilikdə 171 milyon avroluq endirim gözləyir.
Qeyd edək ki, hələlik yalnız Jerar Pike, Mark-Andre ter Ştegen, Frenki De Yonq və Kleman Lanqle maaşlarının azaldılmasına razılıq verib.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...