"Barselona" çempionluq şansını itirdi - VİDEO

Barselona çempionluq şansını itirdi - VİDEO
Video
İdman 181

İspaniyanın "Barselona" komandası 2020/2021 mövsümündə çempionluq şansını itirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın XXXVII turunda evdə "Selta"ya 1:2 hesabı ilə uduzaraq, 76 xalla 3-cü pillədə qalıb. Əvəzində lider "Atletiko" evdə eyni hesabla "Osasuna"ya qalib gəlib və xalını 83-ə yüksəldib. "Real Madrid" isə "Atletik" üzərində 1:0 hesablı səfər qələbəsi sayəsində 81 xalla 2-ci pillədə qalıb.

Son turda "Barselona" səfərdə "Eybar"a qalib gəlsə belə, 3-cü pillədən yuxarı qalxa bilməyəcək. Üstəlik, 74 xalla 4-cü yerdə gedən "Sevilya" "Vilyarreal" üzərində səfər qələbəsi sayəsində Kataloniya komandasını keçə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək

Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək

Oktyabrın 2-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilir.E qrupunda yer alan Almaniyanın “Bavariya” klubu “Alyanz Arena”da Holland...

1171 İdman 08:58 02 oktyabr 2018

Son xəbərlər