"Barcelona" üçün futbola qayıdan qapıçı son 22 ilin rekorduna imza atıb

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Benfika" ilə görüşdə (1:0) qapısını təmiz saxlayan "Barselona"nın polşalı qapıçısı Voytsex Şensnı əsas avrokubok turnirində qapıçılar arasında statistik qapıçı nailiyyətinə imza atıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
Bildirilib ki, Şensnı səkkiz seyv edib ki, bu da ən azı 2003-04-cü il mövsümündən, yəni statistikanın tərtib olunmağa başladığı Çempionlar Liqasında bütün qolkiperlərin qapısını qola bağlamadığı matçlarda etdiyi seyvlərdən daha çoxdur.
Ümumilikdə, Şensnı bu mövsüm bütün turnirlərdə klub üçün 14 oyun keçirib, 13 qol buraxıb. Bundan əlavə, polyak səkkiz matçda qapısını təmiz saxlayıb.
Xatırladaq ki, ötən ilin yayında karyerasını bitirdiyini açıqlayan Şensnı oktyabrın 2-də futbola qayıdaraq "Barselona" ilə 1 mövsümlük müqavilə bağlayıb.
Oxşar xəbərlər
UEFA Millətlər Liqasının bürünc mükafatçısı məlum oldu
UEFA Millətlər Liqasının bürünc mükafatçısının adına aydınlıq gəlib. Üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa yığmaları münasibətləri aydınlaşdırıblar. Alm...
