Bakıda “Red Bull” ən sürətlidir - FOTO

Bakıda “Red Bull” ən sürətlidir - FOTO
Foto
İdman 105

Formula 1 üzrə Azərbaycan Qran Prisində ikinci test yürüş başa çatıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bir saat davam edən yürüşdə ən yaxşı nəticəni meksikalı pilot Serxio Peres göstərib.

“Red Bull” pilotu birinci sərbəst yürüşün ən sürətlisi olan komanda yoldaşı Maks Ferstapeni qabaqlayıb. “Ferrari”nin bolidlərini idarə edən Karlos Sayns və Şarl Lekler müvafiq olaraq ən sürətli 3-4-cü pilotlar olub.

Qeyd edək ki, sabah əvvəlcə 13:00-da üçüncü sərbəst yürüş, 16:00-da isə sıralama turu olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər