Bakıda keçiriləcək UFC turnirinin döyüşlərində idmançılarımızdan gözləntilər nələrdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında MMA mütəxəssisi Şiraslan Kərimovla iyunun 21-də Bakıda təşkil olunacaq "UFC Fight Night" yarışı haqqında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, ölkəmizdə ilk dəfə keçirilən UFC turnirində Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Şiraslan Kərimov yarışda ölkəmizi təmsil edən Rafael Fiziyevin Çilidən olan İqnasio Bahamondeslə baş tutacaq döyüşündə imkanlarını qiymətləndirib.
"İ.Bahamondes R.Fiziyevin səviyyəsində deyil. Bu döyüşdə favorit R.Fiziyevdir. İnanıram ki, o, İ.Bahamondesə qarşı yaxşı mübarizə aparacaq və bu döyüş nokautla bitəcək", - deyə Şiraslan Kərimov bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...