Bakıda keçirilən dünya çempionatında Avstriya atıcısı qızıl medal qazanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən dünya çempionatında kişilər arasında pnevmatik tüfəngdən 50 metr məsafəyə üç mövqedən atəşaçma yarışında Avstriya təmsilçisi Aleksander Şmirl qızıl medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, çexiyalı Pyotr Nimburski 459,2 xalla gümüş mükafata yiyələnib.
450 xal toplayan hindistanlı Akhil Şeorana isə üçüncü yeri tutub. Hindistanlı oyunçunun öz ölkəsinə olimpiya lisenziyası qazanması barədə Beynəlxalq Olimpiya Komitəsi də məlumat yayıb.Paris-2024 Yay Olimpiya Oyunlarına digər lisenziyaları Avstriya, İsveçrə və Finlandiya atletləri qazanıblar.
Qalereya
Oxşar xəbərlər
Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb, nazir qaliblərə medalları təqdim edib - YENİLƏNİB
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında ke...