Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna hazırlıqlar davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan daha əvvəl sərbəst güləş üzrə belə mötəbər yarışı qəbul etmişdisə, “klassik növ” üzrə bu, ilk olacaq: “Son bir aydır ki, təşkilati işlər davam edir. Bu gündən isə Bakı İdman Sarayında tikinti-quruculuq işlərinə başlayırıq. İlk olaraq İdman Sarayını güləş yarışları üçün uyğun hala gətirəcəyik. Yəni güləş xalçaları quraşdırılacaq. Daha sonra isə digər texniki qurğular, detallar hazırlanacaq. Böyük monitorlar, bilbordlar və digər lazımi ləvazimatlar yerləşdiriləcək”.
Qeyd edək ki, Dünya Kuboku noyabrın 5-6-da olacaq.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan yığması I MDB Oyunlarında 60 medal qazandı
Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, yarışa 126 idmançı...