Bakıda gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah gənc boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlarda 13, qızlarda 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 278 oğlan, 26 qız boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:15-da başlanacaq. Qaliblərin adına isə yanvarın 19-da aydınlıq gələcək.
Yarış çərçivəsində həmçinin qızlar arasında Boks Federasiyasının seçmə turniri də baş tutacaq və 6 çəkidə ən güclülər dəqiqləşəcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.
Oxşar xəbərlər
"Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi
Türkiyə Superliqasının 11-ci turunda "Fənərbağça" səfərdə "Çorum"la qarşılaşıb. İstanbul təmsilçisi meydan sahiblərini 5:0 hesabı ilə darmadağın edib. BAKU.WS x...