Azərbaycanın olimpiya yığması Vətəndə coşqu ilə qarşılandı (FOTO)
Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edən yığma komandanın üzvləri yarışların keçirildiyi Braziliyanın Rio-de-Janeyro şəhərindən Vətənə dönüb.
"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi keçirilib. Qarşılanma zamanı izdiham yaşanıb.
Nümayəndə heyətinin üzvləri hava limanından birbaş Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ümumilli liderin abidəsini ziyarət ediblər, onun önünə gül dəstələri düzüblər.
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 56 idmançı təmsil edib. Onlardan 18-i medal qazanıb. İdmançılardan 11-i - güləşçilər Mariya Stadnik, Nataliya Sinişin, Sabah Şəriəti, Xetaq Qazyumov, Şərif Şərifov, taekvondoçu Radik İsayev, Milad Beigi Harçeqani və Patimat Abakarova, kanoeçi Valentin Demyanenko, kayakçı İnna Osipenko-Radomska, boksçu Lorenso Sotomayor legionerdir. Yerli medalçılar isə cüdoçular Rüstəm Orucovla Elmar Qasımov, güləşçilər Toğrul Əsgərov, Rəsul Çunayev, Hacı Əliyev və Cəbrayıl Həsənovla yanaşı, boksçu Kamran Şahsuvarlıdır.
BAKU.WS
Oxşar xəbərlər
Yığmamızı Rio-dan gətirən təyyarə gecikir
Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığması və nümayəndə heyətini gətirən təyyarə saat 22:20-də Bakıya ç...