Azərbaycanlı polis 3 əcnəbini şil-küt etdi - FOTO

Azərbaycanlı polis 3 əcnəbini şil-küt etdi - FOTO
İdman 25789
 

Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə, bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, bu yarışlar əvvəlki illərdən fərqli olaraq, iştirakçı dövlətlərin və idmançıların çoxluğu ilə fərqlənib. Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Loğman Mirzəyev ən ağır çəkili idmançılar arasında üç döyüş keçirib.

Əvvəlcə Niderland, daha sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafatın taleyi uğrunda həlledici görüşü də qələbə ilə başa vuran Loğman, qızıl medal və dünya kubokunu qazanıb. Əvvəllər dəfələrlə ölkə və Avrasiya çempionu olan idmançımız fiziki hazırlığı ilə yanaşı, təhsilini də artırır. O, DİN-in Polis Akaemiyasının V kurs kursantıdır.

BAKU.WS

Oxşar xəbərlər

5 qat Dünya Çempionumuz Rafael Ağayevdən möhtəşəm rəqs (VİDEO)

5 qat Dünya Çempionumuz Rafael Ağayevdən möhtəşəm rəqs (VİDEO)

Karate üzrə 5 qat Dünya Çempionu Rafael Ağayevin yeni görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, dünya çempionu mərasimlərdən birində kameralara tuş gəlib. İ...

22878 Şou-biznes 11:28 07 may 2017

Son xəbərlər