Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

İdman 2634

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarındakı taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı Radik İsayev "Rio-2016” da ilk qızıl medalımızı qazanıb. 

BAKU.WS-in məlumatına görə, finala qədər inamla addımlayan idmançı həlledici qarşılaşmada Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşüb. Radik İsayev rəqibinə böyük üstünlüklə qalib gəlib. Rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci raund bu hesabla başa çatıb.

İdmançımız sonuncu raundda ikinci dəqiq zərbə ilə hesabına daha üç xal əlavə edib - 6:0. Nigerli idmançının gücü yalnız 2 xal qazanmağa yetib.

Beləliklə, final döyüşünü 6:2 hesabı ilə başa vuran dünya və Avropa çempionu Radik İsayev komandamızın medallarının sayını 15-ə çatdırıb. Hazırda hesabında 1 qızıl, 4 gümüş və 10 bürünc medal olan Azərbaycan ölkələrin sıralamasında 39-cu yerə yüksəlib.

Nazim Babayev

BAKU.WS

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Azərbaycanlı idmançı ilk qızıl medalımızı qazandı (FOTO)

Oxşar xəbərlər

Bu gün Olimpiadada Azərbaycanın 4 idmançısı çıxış edəcək

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 3 növ üzrə 4 təmsilçisi çıxış edəcək. "Report"un məlumatına görə, onların hamısı legione...

1342 İdman 09:06 20 avqust 2016

Son xəbərlər