Azərbaycanda futbolçular toyda yeyib-içdilər, oyuna getmədilər
13
mar
2018
15:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA-nın keçirdiyi Region Liqasının “Oğuz” – “Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib. Səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a komandanın kapitanı Rəhman Əliyev bildirib:“Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi. Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər.Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkünsüz idi. Komandada soyuqlayan futbolçular da vardı. Buna görə AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun ki, bu xahişimizi dəyərləndilər”.Qeyd edək ki, bu matç martın 25-də keçiriləcək.BAKU.WS
Oxşar xəbərlər
AFFA-dan futbolçuların saxlanılmasına MÜNASİBƏT
“Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması AFFA-nın təşəbbüsü ilə olmayıb. Hazırda bizdə dolğun məlumat yoxdur. Ona görə də mövqe, münasibət bildirmək...