Azərbaycan daha bir yarış keçirmək istəyir
Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçirilə bilər.
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib. Onun sözlərinə görə 2026-cı ildə keçiriləcək çempionata ev sahibliyi etmək üçün meraciət edənlər arasında Azərbaycan və Türkiyənin birgə təklifi də var. Bundan başqa Mundialı Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, müştərək olaraq Avstraliya və Yeni Zellandiya da yarışı keçirməyə iddialıdır.
Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək. Azərbaycan Avro-2020-nin final mərhələsinin dörd matçına ev sahibliyi edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan dünya çempionatından imtina etdi
Azərbaycan yelkənli idman növü - "470” yaxtaları üzrə dünya çempionatının keçirilməsindən imtina edib. BAKU.WS azadlıq.org-a istinadən xəbər verir ki, Azərbayc...