Azərbaycanlı karateçi ermənini məğlub edərək qızıl medal qazanıb - FOTO
20
sen
2019
23:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar.BAKU.WS xəbər verir ki, finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşl yeniyetmələr, -52 kq) qızıl medala sahib olub.Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, -63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, -57 kq) ilə Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Y.Bəşirov həmçinin İran Karate Federasiyasının prezidenti Seyid Hassan Tabatabaeiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaq.
Qalereya
Oxşar xəbərlər
Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktorundan YENİ XƏBƏR - VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən, 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə pros...