Azərbaycanlı idmançıların iştirak edəcəyi atletika yarışı ləğv olundu
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ildə Belarusun paytaxtı Minskdə keçirilməsi planlaşdırılan atletika üzrə Avropa və ABŞ yığmaları arasındakı qarşılaşma ləğv olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Atletika Assosiasiyasının Şurası qərar verib.
Görüşün ləğv olunması Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır. Növbəti oyunun 2023-cü ildə ABŞ-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ və Avropa komandalarının ötən ilki görüşü də Minskdə olub.
Üç təkanla tullanma yarışında Avropa çempionu Nazim Babayev Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda qitə və dünya çempionu Ramil Quliyevlə birgə Avropa komandasının heyətində yer alıb.
Avropa – ABŞ matçında Quliyev 1-ci, Babayev 7-ci olub.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...