Azərbaycanlı idmançı qonaq getdiyi yerdə avtobusla vuruldu - TƏFƏRRÜAT/ FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Zərdabda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası olub. Rüfət Zaur oğlu Məmmədov adlı yeniyetmə aldığı xəsarətlərdən dünyasını dəyişib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, Rüfət Məmmədov 17-18 yaşlarında olub. Əvvəllər Zərdab rayonunda yaşayan ailə üç il olar ki, Mingəçevir şəhərinə köçübmüş.
O, Zərdaba baba-nənəsigilə gəlib. Velosipedlə axşamüstü yola çıxıb. Həmin vaxt Ağcabədi istiqamətində işləyən “İkarus” avtobusu onu vurub. Yeniyetmə yerindəcə keçinib.
Qeyd edək ki, Rüfət Məmmədov valideynləri ilə Zərdabda yaşadığı vaxt 3-4 il idmanın cüdo növü ilə məşğul olub. Zona yarışında beşinci olmuş R.Məmmədov 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş açıq İmişli rayon birinciliyində medal qazanıb.
Qalereya
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...