Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

13
avq
2022
15:35
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Makkabi" "Neftçi" ilə fərqi 4 topa çatdırdı - YENİLƏNİB
İsraildə "Makkabi" (Hayfa) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda fərq 4 topa çatıb. BAKU.WS xəbər verir...
