Azərbaycanlı futbolçu yarım milyonluq evindən danışdı - VİDEO
25
okt
2019
11:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub. BAKU.WS xəbər verir ki, Vaqif Cavadov çıxışı zamanı yarım milyona mənzilini satışa çıxarması ilə bağlı yayılan məsələyə aydınlıq gətirib. Vaqif Cavadov mövzu ətrafında danışarkən kinayəli şəkildə deyib ki, satışa çıxarılan ev stadiondan iki dəfə böyükdür: "Yarım milyon deyil, bir az çoxdur. Əgər onların dediyi kimi yarım milyonluq evdirsə, onda ev stadiondan iki dəfə böyükdür. Məlumatı bilən deyə bilər ki, 100 metr deyil, ikiqatdır". Qeyd edək ki, bir müddət öncə azərbaycanlı futbolçunun böyük borclara görə "Yeni Həyat"dakı mənzilini yarım milyon manat satışa qoyması barədə iddialar yayılmışdı. Vaqif Cavadov sonradan mətbuata açıqlamasında bunu təkzib etmiş və iddiaları əsassız saymışdı.
Oxşar xəbərlər
Vaqif Cavadov qumara görə borca düşməsi xəbərindən danışdı
Futbol millimizin sabiq oyunçusu Vaqif Cavadov haqqında yazılan xəbərlərə aydınlıq gətirib.BAKU.WS xəbər verir ki, Cavadov ölkə.az-ın əməkdaşı ilə söhbətində bi...