Vaqif Cavadov qumara görə borca düşməsi xəbərindən danışdı

08
mar
2019
11:16
Futbol millimizin sabiq oyunçusu Vaqif Cavadov haqqında yazılan xəbərlərə aydınlıq gətirib.BAKU.WS xəbər verir ki, Cavadov ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, yazılanlar həqiqəti uyğun deyil:"Bunlar ayıb söhbətlərdi. Mənzilimi satmağım barədə deyilənlər həqiqəti əks etdirmir. İki övladım, ailəm var. Vaxtımı onlara həsr edirəm. Belə boş söhbətlərə vaxtım yoxdur". Sabiq milli futbolçu qeyd edib ki, yarım milyona satışa çıxardığı mənzilində hazırda ailəsiylə yaşayır. Yarımmüdafiəçi karyerası barədə də danışıb:"Hələ ki klubsuzam. Bəzi təkliflər üzərində danışıqlar gedir. Ola bilsin ki, ölkədən kənarda bir klubda karyeramı davam etdirdim. Bu, Rusiya və Türkiyə yox, tamamilə başqa bir ölkə də ola bilər". Qeyd edək ki. futbolinfo.az saytının yaydığı xəbərdə bildirilirdi ki, həyat tərzi və bədxərcliyi üzündən bütün qazandıqları əlindən çıxan Vaqif borc içində boğulur. Hətta tanınmış futbolçunun mənzilini yarım milyona satışa qoyduğu iddia edilirdi.BAKU.WS
Oxşar xəbərlər
Vaqif Cavadov borca görə evini satdı
"Keşlə"nin vidalaşdığı Vaqif Cavadov problem içindədi. Millimizin sabiq üzvü ciddi maliyyə çətinliyi yaşayır.Həyat tərzi və bədxərcliyi üzündən bütün qazandıqla...