Müğənnilərin toy qiymətləri - Restoranlarla sövdələşmə daha ucuz başa gəlir - VİDEO
19
iyn
2018
09:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənnilər Ramazan bayramından sonra yüksək qiymətlərlə toy bazarına start veriblər. 5-6 saatlıq toyu idarə etmək üçün toy sahibindən tələb olunan qonorar isə müğənniyə görə dəyişir.Bəzi müğənnilər ilə Bakıda olmadıqları üçün telefonla əlaqə yaratdıq.Lakin restoranlar gündəlik toylarda ifa etmək üçün müğənnilər ilə bağladıqları müqavilə əsasında onlara sözügedən məbləğləri vermirlər. Məsələn, müğənni Səməd Səmədov yarım saatlıq ifa üçün 500 manat aldığını desə də, restoran ilə müqavilə əsasında yarım saatı cəmi 100 manata oxuyur.Bakıda yerləşən şadlıq saraylarından birində baş inzibatçı işləyən Ramiz Cavadov da "Xəzər Xəbər"ə bildirdi ki, toyda 2-3 mahnı ifa etməsi üçün hər müğənniyə 100- 400 manat arası pul verilir.Ramiz Cavadov deyir ki, eyni gündə restoranın 4-5 zalında toy varsa, müğənni həmin məbləğə bütün zallarda oxumalıdır.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Nuri Sərinləndirici 20 min dollar - Müğənnilərin fantastik toy qiymətləri (SİYAHI)
Gecədən sübhə kimi əlləşib-vuruşan şou əhlinin qazanc mənbəyi heç kəsə sirr deyil ki, el şənlikləridir. Həftə səkkiz, mən doqquz toy və el şənliklərində "qaz vu...