Azərbaycanlı atıcıdan yeni dünya rekordu
08
noy
2025
19:11
Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.
BAKU.WS-in məlumatına görə, 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayan milli komandanın üzvü bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.
Oxşar xəbərlər
Avropa liqalarında qış dövrünün diqqətçəkən transferləri
2025–2026 mövsümünün qış transfer dövründə Avropanın aparıcı futbol liqalarında bir sıra mühüm keçidlər rəsmiləşib. BAKU.WS xəbər verir ki, klublar heyətlərini...