Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.
Azərbaycan Voleybol Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" klubu ilə iki yoxlama oyunu keçirib.
Milli hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək.
Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...