Azərbaycanın üç veteran cüdoçusu Avropa çempionu olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıblar.
Federasiyadan verilən məlumata görə, ikinci yarış günündə M3 və M4 yaş kateqoriyası üzrə 15 idmançı mübarizə aparıb.
M3 yaş kateqoriyasında Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
M3 yaş kateqoriyası üzrə Ceyhun Hüseynov (81 kq) və Ramil Muradov (100 kq), M4 yaş kateqoriyası üzrə isə Mahir Ağamirzəyev (90 kq) və Emil Hüseynov (100 kq) 5-ci yeri tutublar.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub
Xorvatiyanın Poreç şəhərində iyunun 23-dən 25-dək keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb. Azərbaycan cüdoçula...