Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə finala yüksəlib
Azərbaycanın üç boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəliblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, 50 kq çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb.
O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək.
Məhəmmədəli Qasımzadə (60 kq) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27) hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək.
Əli Abdullayev (65 kq) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib – 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27). Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.
Oxşar xəbərlər
"Neftçi"dən Azərbaycan çempionatında yeni rekord
"Neftçi" Azərbaycan çempionatında yeni rekorda imza atıb. BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" buna Misli Premy...