Azərbaycanın şahmat millisi dünya çempionatında final matçına çıxacaq
Bu gün Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında final görüşünə çıxacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, millimiz Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.
Həmçinin vurğulanıb ki, yekunda qalib bəlli olmasa, komandalar tay-brekdə münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Oxşar xəbərlər
Valdas Dambrauskas: "Sabahkı matçda "Orhus"a qalib gəlmək istəyirik"
"Sabah" komandası səfərdə öz gücündən istifadə edərək Danimarka təmsilçisi "Orhus"a qalib gəlməyə çalışacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Az...