Azərbaycanın qrup hərəkətləri komandası Bakıdakı yarışda növbəti medalı qazanıb
23
apr
2023
17:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bədii gimnastika üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.
"Report"un məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub.
Kollektiv ötən gün çoxnövçülük proqramında da bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycanın qrup hərəkətləri komandası Bakıdakı yarışda bürünc medal qazanıb
Bədii gimnastika üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb. "Report"un məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova,...