Azərbaycanın Olimpiadanın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi - FOTO

07
avq
2021
21:28
Azərbaycanın Tokio Olimpiadasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu, Olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyevdir.
Sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq bağlanış mərasimində Azərbaycan bir bayraqdarla təmsil olunacaq.
Qeyd edək ki, iyulun 23-də keçirilmiş açılış mərasimində Azərbaycan bayrağını iki idmançımız birgə daşımışdı. Bunlar cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Lakin hər iki idmançımız medal qazana bilməyib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu iki tarixi şansı qaçırdı
Azərbaycan cüdoçusu Rüstəm Orucov iki tarixi şansı qaçırıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu ardıcı...
