Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazandı
02
sen
2022
21:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın paracüdo idman növü üzrə milli komandasının 2 üzvü Avropa çempionatının bürünc medallarını qazanıb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Namiq Abbaslı (73 kq, J2) və Uşaq Paralimpiya hərəkatının yetirməsi olan İsmayıl Muradov (60 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının bürünc medallarına sahib olublar.
Sentyabrın 3-ü İlham Zəkiyev (+90 kq, J1), Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) tatami üzərinə çıxacaqlar.
Oxşar xəbərlər
Azərbaycanın 9 paracüdoçusu Antalya Qran-prisinə buraxılmadı - SƏBƏB
Azərbaycanın 9 cüdoçusu aprelin 23-də Türkiyənin Antalya şəhərində start götürəcək gözdən əlillərin Qran-prisinə (“2022 IBSA Judo Grand Prix”) buraxılmayıb. Mil...