Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb
18
avq
2025
21:11
Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.
Yusuf Dursunov (125 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, mundiala avqustun 24-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Formula-1"lə bağlı mühüm dəyişikliklər
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. B...