Azərbaycanın gənc güləşçiləri dünya çempionatında daha üç medal əldə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında gümüş medal əldə edib.
"Report"un məlumatına görə, Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) yalnız finalda məğlub olublar.
Onlar müvafiq olaraq İbrahim İbrahimov (AİN) və Maqomed Maqomayevə (AİN) yeniliblər.
Kənan Heybətov (70 kq) isə bürünc medal qazanıb.
Qadın güləşçi Elnurə Məmmədova (50 kq) da sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, daha əvvəl Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) bürünc mükafata sahib olublar.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi bürünc medal qazanıb, 2-si finala yüksəlib
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən gənclər arasında dünya çempionatında finala yüksəlib. Zirəddin Bayramov (65 kq) və Əş...