Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb
Aprelin 13-ü və 15-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycanın futzal millisi bu gün gecə saatlarında səfərə çıxacaq.
Azərbaycan Futzal Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, baş məşqçi Yevgeni Kukseviç matçlara 2-si qapıçı olmaqla ümumilikdə 16 oyunçu aparacaq.
Tbilisi səfərindən sonra əvvəlcədən razılaşdırıldığı kimi, ailə vəziyyəti ilə əlaqədar qapıçı Rövşən Hüseynli Cavad Məmmədovla əvəzlənib.
Qapıçılar: Emin Kürdov ("Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire")
Oyunçular: Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı "Neftçi" İK), Tofiq Mikayılov, Oqtay Rüstəmli, Eldar Zeynalov, Novruz Kazıxanov, Murad Quluzadə, Kənan Manafov, Fərid Abbasov (hamısı "Baku Fire"), Pünhan Qasımzadə (U-19), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi "Araz-Naxçıvan"), Qüdrət Qasımzadə ("Şuşa")
Qeyd edək ki, Qazaxıstan millisi ilə görüş aprelin 13-də və 15-də Aktau şəhərindəki "BS Arena"da keçiriləcək.
Oxşar xəbərlər
Kvaratsxeliyanın Maxaçevə etdiyi hədiyyəni İtaliyada oğurlayıblar
İslam Maxaçev İtaliyaya səfəri zamanı xoşagəlməz hadisə ilə üzləşib. BAKU.WS xəbər verir ki, UFC çempionu qarət olunduğunu sosial şəbəkə hesabında paylaşıb. İd...