Azərbaycanın daha üç idmançısının Paris-2024-də qazandığı medallar keyfiyyətini itirib
zərbaycanın daha üç idmançısının Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medallar keyfiyyətini itirib.
Bu barədə "Report"a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləş yarışlarında bürünc medal qazanan Maqomedxan Maqomedovdan başqa digər 5 mükafatçılarımızın medalları yararsız hala düşüb.
Belə ki, cüdo üzrə digər Olimpiya çempionumuz Zelim Kotsoyev, gümüş mükafat qazanan boksçu Alfonso Dominqes və bürünc medal əldə edən sərbəst güləşçi Giorgi Meşvildişvilinin medalları keyfiyyətini itirib.
Qeyd edək ki, daha əvvəl taekvondoçu Qaşım Maqomedovla yunan-Roma güləşçisi Həsrət Cəfərovun medalları yararsız hala düşmüşdü.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilib
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. Milli Olimpiya Ko...