Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi UEFA-dan təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA-dan təyinat alıb.
BAKU.WS AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.
S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin "Flora" (Estoniya) – "Riqa" (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq.
Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq.
Referi yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.
Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı "Axill Hammerel" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Misli Premyer Liqası: "Sabah" "Neftçi"yə qalib gəldi
Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib. BAKU.WS xəbər verir ki, "Sabah" evdə "Neftçi" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı q...