Azərbaycanın 3 atıcısı Sloveniyada keçirilən Qran-prinin finalına vəsiqə qazanıb
11
yan
2025
21:01
Azərbaycanın 3 atıcısı - Nigar Nəsirova, Ruslan Lunyov və Vladislav Kalmıkov Sloveniyanın Ruş şəhərində keçirilən güllə atıcılığı üzrə Qran-prinin finalına yüksəlib.
BAKU.WS Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilin ilk beynəlxalq turnirində N.Nəsirova qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atışda 570 xal toplayıb.
Kişilər arasında keçirilən yarışda isə V.Kalmıkov 580, R.Lunyov isə 576 xalla final mərhələsində iştirak etmək hüququ əldə ediblər.
Qeyd edək ki, Qran-pri yanvarın 12-nə qədər davam edəcək.
Oxşar xəbərlər
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq
Misli Premyer Liqasının VI turu "Neftçi" üçün əlamətdar olacaq. BAKU.WS xəbər verir ki, "ağ-qaralar" "Qəbələ" ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyu...