Azərbaycanı Bakıdakı Dünya Kubokunda 6 idman gimnastı təmsil edəcək
Martın 31-də Bakıda start götürəcək kişi və qadınlar arasında idman gimnastikası üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, dörd gün davam edəcək yarışda 7 idmançı mübarizə aparacaq.
Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa) və Nikita Simovov (halqa) kişilərin, Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) və Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) qadınların yarışına qatılacaq.
Azərbaycanın gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq. İlk iki yarış günündə təsnifat, sonrakı iki gün final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Təsnifat yarışlarına 7 manat, final mərhələlərinə isə 12 manat qiymət qoyulan biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə etmək olar.
Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
Oxşar xəbərlər
44 idmançımız Olimpiadada nə vaxt çıxış edəcək? - TARİXLƏR
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Sabahdan etibarən əsas yarışlara start veriləcək. BAKU.WS "oxu.a...