Azərbaycanda VAR-ın tətbiqinə başlanılır

Azərbaycanda VAR-ın tətbiqinə başlanılır
Foto
İdman 145

Azərbaycanda VAR (videoköməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FIFA ilə videokonfrans formatında ilk görüş keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, prosesə bu ilin mart ayından etibarən mərhələli şəkildə start veriləcək.

Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci etapda müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək.

Sonuncu – beşinci isə monitorinq və nəzarət mərhələsidir ki, bu da davamlı şəkildə keçiriləcək.

Qeyd edək ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.

Onu da bildirək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ötən ay jurnalistlərə açıqlamasında VAR sisteminin Azərbaycan Premyer Liqasında tətbiqinin ən yaxşı halda 2022/23 mövsümündə reallaşa biləcəyini qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər