Azərbaycanda oyunların keçirildiyi neçə stadion var? – RƏSMİ CAVAB

Azərbaycanda oyunların keçirildiyi neçə stadion var? – RƏSMİ CAVAB
Açıqlama
İdman 84

Azərbaycanda, xüsusilə də Bakıda futbol üçün nəzərdə tutulmuş çoxsaylı meydançalar fəaliyyət göstərir.

BAKU.WS-in məlumatına görə, onların bir qismi rəsmi oyunların keçirilməsi üçün istifadə olunsa da, digərləri əsasən məşqlər və yerli həvəskarlar üçündür.

Son illərdə isə regionlarda futbol infrastrukturunun gücləndirilməsi istiqamətində addımlar atılır – yeni meydançalar salınır, mövcud stadionlar təmir olunur və gənclərin futbola marağını artırmaq üçün layihələr həyata keçirilir.

Maraqlıdır ki, paytaxt və regionlarda neçə futbol meydançası var və onlardan neçəsində futbol oyunları keçirilir?

AFFA-nın infrastruktur departamentinin rəhbəri Fuad Cəfərov BAKU.WS-ə bildirib ki, 2024-cü ildə Gəncə şəhərində Kəpəz PFK məşq mərkəzi və futbol akademiyası və 2 ədəd təbii örtüklü məşq meydanı inşa olunub:

"Ağsu şəhər stadionun süni ot örtüyü ən son FIFA standartlarına cavab verən yeni süni ot örtüyü ilə əvəzlənib. 2023-cü ildə Mingəçevir şəhər stadionunda yeni süni məşq meydanı salınıb. Gəncə şəhər stadionu, Xankəndi şəhər stadionu və Ağdam şəhər stadionu Gənclər və İdman Nazirliyi tərəfindən tikilib. 2021-ci ildə isə AFFA tərəfindən Şamaxı şəhər stadionu inşa edilib.

Hazırda ölkədə 30 stadion var və bu futbol meydançalarında Premyer Liqa, birinci və ikinci liqa oyunları keçirilir".

Orxan Hüseyn

Son xəbərlər