Azərbaycanda keçiriləcək III MDB oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib

Azərbaycanda keçiriləcək III MDB oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.
Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə iştirak edəcək.
Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.
İlkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, yarışda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın dəyəri 3 milyon olan potensial rəqibləri
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. BAKU.WS xəbə...