Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimi və formatı dəyişib
22
mar
2026
13:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdəki hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.
FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq.
Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...