Azərbaycanda futbolçu xəstəxanalıq OLDU
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Çempionatının birinci dəstəsində keçirilən oyun zamanı "Mingəçevir" futbol komandasının oyunçusu xəstəxanalıq olub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhər stadionunda keçirilən "Mingəçevir" və "Zaqatala" komandalarının matçında baş verib.
Qonaq komandanın oyunçusu ilə toqquşan "Mingəçevir" komandasının oyunçusu Tural Məmmədzadə baş nahiyəsindən ciddi xəsarət alıb. Yerindəcə tibbi yardım göstərilən oyunçu daha sonra xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, oyun 2:3 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin vurulan qollardan birinin müəllifi olan Tural Məmmədzadə vuruğu qoldan bir dəqiqə sonra başından yaralanaraq xəstəxanalıq olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...