Azərbaycanda bu kluba texniki məğlubiyyət verilib
19
dek
2025
16:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan II Liqasında çıxış edən "Sheki City" klubu texniki məğlubiyyətlə cəzalandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Bölgə təmsilçisinə XIII turda "Qaradağ Lökbatan"la matça çıxmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 1 000 manat cərimələnib.
Qeyd edək ki, "Sheki City" Azərbaycan II Liqasında 13 oyundan sonra 25 xalla dördüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...