Azərbaycan-Ukrayna oyunundan əvvəl Tottinin iştirakı ilə yoldaşlıq matçı keçirilib
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının final oyunundan əvvəl İtaliya millisinin sabiq üzvü Françesko Tottinin iştirakı ilə yoldaşlıq matçı təşkil edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, F.Tottinin komandası Adam Berginin kollektivi ilə üz-üzə gəlib.
"Tipos Arena"da keçirilən qarşılaşma italiyalı keçmiş hücumçunun komandasının qələbəsi ilə yekunlaşıb - 8:7.
Daha əvvəl Azərbaycanda legioner həyatı yaşamış gürcüstanlı sabiq futbolçu Nuqzar Kvirtiya və Türkiyənin "Fənərbağça" klubunun keçmiş oyunçusu Miroslav Stox da görüşdə iştirak edib.
Qeyd edək ki, Avropa çempionatının finalında Azərbaycan və Ukrayna milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Oxşar xəbərlər
FIFA-dan irqçiliyə qarşı sərt addım: Bir hərəkət matçı yarımçıq qoya bilər
Futbol üzrə dünya çempionatında hakimlərin diqqətini irqçilik hallarına cəlb etmək üçün xüsusi jest tətbiq olunacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...